ABŞ və Fransa arasında yeni gərginlik yaranıb
Fransa mediası ABŞ səfirliyinin sosial media hesabından Lionda öldürülən ifrat sağçı gənclərlə bağlı verdiyi açıqlamalara görə Xarici İşlər Nazirliyinə çağırılan səfir Çarlz Kuşnerin iştirak etməməsini və fransız nazirlərlə görüşlərinin məhdudlaşdırılmasını Paris və Vaşinqton arasında “yeni gərginlik” kimi şərh edib.
“Le Figaro” və “Le Monde” qəzetlərində “ABŞ səfiri Çarlz Kuşner çağırılmasına baxmayaraq Xarici İşlər Nazirliyinə gəlmədi” başlıqlı xəbərlərdə Kuşnerin daha əvvəl Fransanı antisemitizmə qarşı lazımi tədbirlər görmədiyi üçün tənqid edən açıqlamalarına görə Xarici İşlər Nazirliyinə çağırıldığı xatırladılıb.
TRT XƏBƏR
Selcan Xudiyeva
