ABŞ və İran nümayəndələri İstanbulda nüvə sazişini müzakirə edə bilər
ABŞ mediasının yazdığına görə, ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi cümə günü İstanbulda görüşə bilər.
Görüşdə mümkün nüvə sazişi ilə bağlı danışıqların aparılması gözlənilir. Bu, İsrailin 2025-ci ilin iyununda İranın nüvə obyektlərinə hücumundan sonra tərəflər arasında ilk ciddi diplomatik təmas cəhdi kimi qiymətləndirilir.
TRT Haber
Aişə Mustafayeva
