00:00:00
Yazar
Admin User
25.02.2015 11:12 538 1 dəq oxuma
Hadisə

Abşeron, Bərdə və Binəqədi rayonlarında yanğın olub

Baş vermiş yanğınların qarşısı yanğınsöndürənlər tərəfindən alınıb.
Abşeron, Bərdə və Binəqədi rayonlarında yanğın olub

Abşeron rayonu, Xırdalan şəhərində inzibati binanın həyətində yerləşən ümumi sahəsi 6 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisinə yığılan ləvazimatlar yanıb. Yaxınlıqda yerləşən inzibati bina yanğından mühafizə olunub.

 Bərdə rayonu, Alpout kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 98 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və damına yığılmış 8 ton ot bağlamasının 3 tonu yanıb. Tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Bakı şəhəri, Binəqədi rayonunda dördmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində yerləşən sahəsi 55 kv.m olan mətbəxində 3 ədəd soyuducu yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər