00:00:00
Yazar
Səmayə Səftərova
05.11.2026 20:44 30 1 dəq oxuma
İdman

Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib

Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib.

 

Bu barədə "İnformator.az" "Report"a istinad olaraq məlumat verib.

 

ACF-nin təşkilatçılığı ilə baş tutan prosesə ümumilikdə 302 cüdoçu qatılıb. İştirakçılar yaş uyğunluğu nəzərə alınmaqla ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə texniki bilik və bacarıqlarını nümayiş etdiriblər. Müəyyən olunmuş tələbləri yerinə yetirən idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.

 

Kəmər imtahanları cüdoçuların texniki hazırlığının mərhələli və sistemli şəkildə inkişafına, öyrəndiklərinin möhkəmləndirilməsinə və motivasiyanın artırılmasına xidmət edir. Müvafiq dərəcəyə sahib olmaq eyni zamanda bir sıra nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biridir.

#Abşeron #Olimpiya İdman Kompleksi #imtahan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər