00:00:00
Yazar
Admin User
01.11.2025 19:11 135 1 dəq oxuma
Hadisə

Abşeronda bədbəxt hadisə: Gənc 12-ci mərtəbədən yıxılıb

Abşeronda bədbəxt hadisə: Gənc 12-ci mərtəbədən yıxılıb

Abşeronda bədbəxt hadisə baş verib.

 

"İnformator.az"xəbər verir ki, Xırdalan şəhəri, Kristal 1 yaşayış kompleksində 19 yaşlı İlqar Quliyev binanın 12-ci mərtəbəsindən yıxılaraq ölüb.

 

Məlumata görə, yeniyetmə oğlan sözügedən binada yaşamayıb. O, binaya hazırlığa gəlirmiş.

 

Faktla bağlı araşdırma aparılır.

 

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən APA-ya verilən məlumata görə, 19 yaşlı şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb:

 

“01.11.2025-ci il tarixində saat 12:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən təcili çağırış daxil olub. Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası  19 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktını qeydə alıb”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər