Abşeronda yolu keçən nənə və nəvəni maşın vurub
Yolu keçmək istəyən nənə və nəvəni maşın vurub.
Xırdalan şəhəri Heydər Əliyev prospektində qeydə alınn hadisə, 53 yaşlı Bikə Mehdiyevanı və onun 9 yaşlı nəvəsi Orxan üçün ağır olub.
Məlumata görə, yolu keçmək istəyən Mehdiyevləri 24 yaşlı Maxsudov Qurban Nəbi oğlunun idarə etdiyi “VAZ 2108” markalı minik maşını vurub. Sürücünün diqqətindən yayınan nənə və nəvə düz yolun ortasında “Jiquli”nin zərbəsinə tuş gəlib.
Xəsarət alan Bikə və Orxan Mehdiyevlər dərhal 1 saylı şəhərə xəstəxanasına aparılıb. Xəsəxanada hər iki piyadaya kəllə beyin travması və bədənin müxtəlif nahiyyələrində əzik diaqnozu qoyulub. Nənə Bikə Mehdiyeva palata şəraitində müalicəsini davam etdirsə də, 9 yaşlı Orxan reanimasiya şöbəsinə yerləşdirilib.
Abşeron rayon polis idarəsinin müstəntiqi Eldəniz Əsgərovun verdiyi məlumata görə, məlum yol nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar aparılır. Qəzanı törədən sürücünün izahatı da alınıb. Hadisənin tam dəqiq səbəblərini müəyyən etmək üçün avtotexnikivə tibbi ekspertizalar da təyin ediləcək.
