Adanada evakuator hərəkətdə olarkən yanıb
Adananın Pozantı rayonunda evakuator hərəkətdə olarkən alovlanıb və istifadəyə yararsız hala düşüb.
Adana-Pozantı avtomobil yolunun Akçatekir bölgəsində sürücüsünün adı və nömrə nişanı hələlik məlum olmayan yük maşınında yanğın baş verib.
Sürücü və ətrafdakıların şikayətləri əsasında hadisə yerinə yanğınsöndürmə və polis briqadaları göndərilib.
Yanğınsöndürmə briqadası vasitəsi ilə söndürülən yanğın evakuatoru istifadəyə yararsız hala salıb.
TRT XƏBƏR
Arzu Poladova
