Ağcabədidə qazdoldurma məntəqəsində xəsarət alan şəxs ölüb
Avqustun 21-i Ağcabədi rayonunda maye qazdoldurma məntəqəsində baş verən yanğında xəsarət alan şəxs vəfat edib.
"İnformator.az" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Avqustun 21-i saat 19:30-da bir nəfər (kişi cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif növ yanıq xəsarətləri alan 1979-cu il təvəllüdlü şəxsə ilkin tibbi xidmətlər göstərildikdən sonra daha ixtisaslı tibbi xidmət üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub".
