Ağcabədidə yaşayış evi yanıb
Vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 2 otağlı evin mətbəxinin yanar konstruksiyaları mətbəx əşyaları ilə birlikdə 24 kv.m sahədə yanıb.
Ağcabədi rayonu, Hacılar kəndi (rayon mərkəzindən 34 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 2 otağlı evin mətbəxinin yanar konstruksiyaları mətbəx əşyaları ilə birlikdə 24 kv.m sahədə yanıb.
İnformator Fövqəladə Hallar nazirliyinin saytına istinadən xəbər verir ki, yanğından evin qalan hissəsi mühafizə olunub.
Yanğın saat 03.50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
