00:00:00
Yazar
Admin User
13.09.2025 18:34 148 1 dəq oxuma
Hadisə

Ağdamda avtomobil ekskavatorla toqquşub

Ağdamda avtomobil ekskavatorla toqquşub

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağdam rayonunun Baş Qərvənd kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

 

"İnformator.az"xəbər verir ki, məlumatla əlaqədar qəza yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Hunday" markalı minik avtomobili və "Volvo" markalı ekskavator toqquşub, 2 nəfər minik avtomobilində sıxılı vəziyyətdə qalıb.


Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində sıxılı vəziyyətdə qalan 2 nəfər deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər