Ağdamda köməksiz vəziyyətdə qalmış şəxslər xilas edilib
Ağdam rayonu, Quzanlı qəsəbəsində mənzildə 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağdam rayonu, Quzanlı qəsəbəsində mənzildə 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
İnformator Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını açıb və vətəndaşları aidiyyəti üzrə təhvil verib.
Əməliyyat saat 08:55-də başa çatıb.
