00:00:00
Yazar
Admin User
23.08.2025 14:43 133 1 dəq oxuma
Hadisə

Ağdamda əkin sahəsində yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ağdamda əkin sahəsində yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Avqustun 23-də Ağdam rayonunun Əfətli kəndinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.


DİN-in Mətbuat Xidmətinin regional qrupundan "İnformator.az"a bildirilib ki, araşdırmalarla yanğını 64 yaşlı Nuşrəvan Əliyevin törətdiyi məlum olub. Hadisə nəticəsində 1 hektar ərazidə ərazidə quru ot və kol-kos yanıb. Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.


Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər