Ağdamda minaya düşən traktor...
Ötən gün Ağdamın Çəmənli kəndində minaya düşən traktorçu Məmmədov Məlik Qədir oğlu Mingəçevirdəki özəl klinikalardan birinə köçürülüb.
"İnformator.az" xəbər verir ki, bu barədə "Teleqraf"a Ağdam Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
"1982-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin termiki yanığı, sol said nahiyəsinin açıq yarası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. İxtisaslı tibbi xidmətin göstərilməsi üçün pasiyent saat 23:30 radələrində Mingəçevir şəhərində özəl tibb müəssisəsinə təxliyə olunub" - deyə məlumatda bildirilib.
Bu arada minaya düşən traktorun görüntüləri yayılıb.
Qeyd edək ki, dekabrın 17-də işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində mina hadisəsi baş verib.
