00:00:00
Yazar
Admin User
21.08.2025 08:28 130 1 dəq oxuma
Hadisə

Ağdərədə daha bir yanğın başlayıb

Ağdərədə daha bir yanğın başlayıb

Ağdərənin dağlıq hissəsində daha bir yanğın başlayıb.

 

"İnformator.az" "Report" a istinadən xəbər verir ki, dağlıq ərazidə yerləşən meşə massivində başlayan yanğın qısa müddətdə geniş əraziyə yayılıb.

 

Yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağdərə rayon yanğınsöndürən briqadasının texnikası və əməkdaşları cəlb edilib. Hazırda yanğın davam edir. Qeyd edək ki, ötən gün də rayonun Canyataq kəndində dağlıq ərazidə 9 ha sahədə quru ot, kol-kos və yaşayış olmayan, yararsız vəziyyətdə olan evin yanar konstruksiyaları yanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər