00:00:00
Yazar
Admin User
21.08.2025 16:17 133 1 dəq oxuma
Hadisə

Ağdərədə mina partlayışı: Rəis müavini yaralanıb

Ağdərədə mina partlayışı: Rəis müavini yaralanıb

Ağdərədə baş verən yanğınlar zamanı 5 dəfə mina partlayıb.

"İnformator.az"ın "Trend.az"-a istinadən xəbərinə görə, Ağdərə şəhər ərazində meşə massivində baş verən yanğınlar partlayışla müşahidə edilir.

Meşə massivində davam edən yanğın zamanı 5 dəfə mina partlayıb.

Hazırda yanğınsöndürmə əməliyyatları qurudan FHN-nin Tərtər və Ağdərə rayonlarının yanğınsöndürən əməkdaşları havadan Aviasiya dəstəsinin 2 helikopteri yanğınsöndürmə əməliyyatlarını davam etdirir.

Yanğın hazırda davam edir.

***

Ağdərədə baş verən yanğınlar zamanı mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb.

Xəsarət alan şəxs FHN-in Tərtər rayon Yanğınsöndürən Bölməsinin rəis müavini Babək Zeynalovdur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər