00:00:00
Yazar
Admin User
10.07.2025 06:18 172 1 dəq oxuma
Hadisə

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya edilib, vəziyyəti ağırdır

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya edilib, vəziyyəti ağırdır

Ağdərədə minaya düşən şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

 

 "Report"a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

 

Məlumata əsasən, ilkin tibbi yardım göstərilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

 

Sol aşağı ətrafın aşıq baldır oynağı səviyyəsində travmatik amputasiyası diaqnozu təyin edilən şəxs üzərində cərrahi əməliyyat icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər