Ağdərədə yanğın olub
Ağdərədə yanğın olub.
Bu barədə "İnformator.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, rayonun Canyataq kəndində dağlıq ərazidə 9 ha sahədə quru ot, kol-kos və yaşayış olmayan, yararsız vəziyyətdə olan evin yanar konstruksiyaları yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
