00:00:00
Yazar
Səadət Əlizadə
28.09.2026 14:58 40 1 dəq oxuma
Hadisə

Ağsuda dağlıq ərazidə yanğın başlayıb

Ağsuda dağlıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.


"İnformator.az" xəbər verir ki, bu barədə FHN-nin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

#dağlıq #gündəm #yeni #azərbaycan #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər