00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
26.11.2026 22:39 246 2 dəq oxuma
Siyasət

Aİ lideri: Güclü Avropa komandası Ukrayna üzrə danışıqların növbəti raundunda iştirak edəcək

Aİ lideri: Güclü Avropa komandası Ukrayna üzrə danışıqların növbəti raundunda iştirak edəcək

 

Ukraynada müharibənin başa çatdırılması ilə bağlı danışıqların növbəti raundunda güclü Avropa komandası iştirak edəcək.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Ukrayna üzrə danışıqların növbəti raundunda güclü Avropa komandasının iştirak edəcəyini açıqlaması prosesdə Avropanın rolunun artdığını göstərir:

 

“Komandanın tərkibi artıq müəyyənləşib. Buraya Avropa institutları, Almaniya, Fransa, İtaliya və Polşa, həmçinin Avropa Komissiyası və Avropa Şurası daxildir. İndiyə qədər danışıqlarda ABŞ, Ukrayna və Rusiya üçlüyü iştirak edirdi. Bundan sonra Avropa da prosesdə təmsil olunacaq.Avropanın güclü komanda ilə danışıqlarda iştirak etməsinin müsbət tərəfi ABŞ-nin təkbaşına qərar verməsinin qarşısını ala bilməsidir. Danışıqlarda ərazi məsələsi ilə yanaşı, Avropanın təhlükəsizliyi də ön plana çıxa bilər. Lakin bu vəziyyət danışıqlar prosesini istər-istəməz ləngidə bilər.

Hazırda Avropa ABŞ-lə yeni tərəfdaşlıq modelinə keçir. Qərarları ABŞ verir, maliyyələşdirən isə Avropadır. Bu vəziyyət Avropanı qane etmir. Ona görə də münasibətləri qaydaya salmaq lazımdır. Ursula fon der Lyayenin yeni düsturu isə Ukraynaya maksimum dəstək, Rusiyaya maksimum təzyiq və Avropanın danışıqlarda tam iştirakından ibarətdir”.

 

Politoloq qeyd edib ki, Rusiya Avropanın danışıqlar prosesində iştirakına qarşı olsa da, onun bunun qarşısını almaq imkanları məhduddur. Çünki Avropanın təzyiq alətləri mövcuddur. Bunlara 22-ci sanksiya paketi və Ukraynaya 45 milyard avro həcmində hərbi yardım daxildir:

 

“Avropanın prosesdə iştirakı Ukraynanın maraqlarının qorunmasına kömək edə bilər, amma bu, tam təminat demək deyil. Avropa Ukraynanın təhlükəsizliyinə dəstək göstərə, xüsusilə qış tədarükündə ciddi yardım edə bilər. Həmçinin gələcəkdə Avropa İttifaqına üzvlük istiqamətində geniş addımlar atıla bilər.

 

Amma müəyyən məhdudiyyətlər də var. Ukraynanın ərazi məsələsində Avropa onun yerinə qərar verə bilməz. Bundan əlavə, bəzi Avropa İttifaqı ölkələri, xüsusilə Polşa və Baltikyanı ölkələr Rusiya ilə münasibətləri bərpa etmək istəyirlər”.

Fidan Alışova

#güclü #baki #yeni #raundunda #növbəti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər