00:00:00
Yazar
Admin User
22.01.2026 16:10 86 1 dəq oxuma
Siyasət

Aİ Naxçıvanın dəmir yolu xəttinin bərpasına dəstək verməyə hazırdır

Aİ Naxçıvanın dəmir yolu xəttinin bərpasına dəstək verməyə hazırdır

Avropa İttifaqı Naxçıvanın dəmir yolu xəttinin bərpası layihələrinə və Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə dəstək göstərməyə hazır olduğunu bəyan edib. Bu barədə Aİ-nin Genişlənmə üzrə komissarı Marta Kos Azərbaycan Prezidenti İlham Əliyevlə Davosda keçirilən görüş zamanı bildirib və işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini yüksək qiymətləndirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Avropa İttifaqıqının Azərbaycan keçirilən görüşdə vəziyyət iki tərəf arasında münasibətlərdə gələcək yeni mərhələ başladı:

 

“Avropa İttifaqı da çalışır ki, TRIPP marşurutunda yer alsın, bundan iqtisadi faydalar götürülsün. Onsuzda TRIPP marşurutu Asiya-Avropa İttifaqını birləşdirən əsas nəqliyyat tranzitidir. Amma Avropa Komissiyasının səlahiyyəti ilə bu məsələ Avropa İttifaqının genişlənmə üzrə komissarı ilə münasibətlər yüksək səviyyədədir. Həmçinin minatəmizləmə sahəsində də Avropa İttifaqı maliyyə ayırır və bu istiqamətdə Azərbaycana dəstək verəcək. Post-münaqişə dövrü, təbii ki, Avropa İttifaqı artıq cənubi Qafqaz siyasətində yeni bir mərhələ açdı. Azərbaycanın əhəmiyyətini qəbul edir və Azərbaycanla artıq bu sahədə də əməkdaşlıq işləri davam edir “.

Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər