00:00:00
Yazar
Admin User
12.07.2025 15:24 200 1 dəq oxuma
Hadisə

Ailəsi ilə istirahətə gedən 2 yaşlı uşaq çayda boğulub

Ailəsi ilə istirahətə gedən 2 yaşlı uşaq çayda boğulub

Zaqatalada 2 yaşlı uşaq çayda boğulub.

 

“İnformator.az"ın məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Yuxarı Tala kəndi ərazisində baş verib.

 

Belə ki, Yuxarı Tala kənd sakini Səfiyə İsmayılova ailəsi ilə birlikdə istirahət etmək üçün çay kənarına gedib. Bu zaman valideynlərinin gözündən yayınan azyaşlı çaya düşüb və onu su aparıb.

 

Axtarışlar nəticəsində azyaşlı sudan çıxarılaraq hadisə yerinə çağırılmış Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Zaqatala rayon şöbəsinin həkim briqadasına təhvil verilib. Azyaşlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər