00:00:00
Yazar
Zəri Bayramlı
03.05.2026 23:21 14 1 dəq oxuma
Hadisə

“Air Serbia”nın Belqrad - Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb

 

“Air Serbia”nın Belqrad - Bakı reysi Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanıb

 3 may tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Serbiyanın milli aviadaşıyıcısı “Air Serbia” tərəfindən icra olunan Belqrad - Bakı - Belqrad marşrutu üzrə ilk birbaşa reysin rəsmi qarşılanma mərasimi keçirilib.

 

Bu barədə "İnformator.az"a Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti məlumat verib.

 

Məlumata görə, yeni uçuş proqramına əsasən, reyslər həftədə iki dəfə - çərşənbə və şənbə günləri həyata keçiriləcək. Marşrut Azərbaycan ilə Avropa arasında hava əlaqələrini genişləndirərək turizm və işgüzar münasibətlərin inkişafına töhfə verir. İki ölkə arasında mövcud vizasız rejim isə səyahəti daha əlçatan edir və istiqamətə marağı artırır.

İlk reysin sərnişinləri aeroporta eniş zamanı ənənəvi su tağı mərasimi ilə qarşılanıb. Tədbir çərçivəsində Azərbaycan mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim olunub.

Rəsmi mərasimdə Azərbaycan hökumətinin təmsilçiləri, Serbiya nümayəndə heyəti və “Air Serbia” rəhbərliyi iştirak ediblər.

#qarşılanıb #yeni #əliyev #xəbər #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər