00:00:00
Yazar
Güllər Gülhüseynova
23.11.2026 17:37 29 1 dəq oxuma
Dünya

AK transsərhəd ticarətin məhdudlaşdırılması məsələsi ilə əlaqədar "Coca-Cola EP"ni araşdırır

AK transsərhəd ticarətin məhdudlaşdırılması məsələsi ilə əlaqədar "Coca-Cola EP"ni araşdırır

Avropa Komissiyası alkoqolsuz içkilərin transsərhəd ticarətini məhdudlaşdırmaq və Avropa İttifaqı (Aİ) vahid bazarını milli sərhədlər üzrə bölmək şübhəsi ilə "Coca-Cola Europacific Partners" (CCEP) şirkətinə qarşı dərinləşdirilmiş antiinhisar araşdırmasına başlayıb.

 

"İnformator.az" xəbər verir ki, Avropa Komissiyası Aİ-nin bir sıra ölkələrində qazlı alkoqolsuz içkilərin ən böyük tədarükçüsünün topdansatış bazarında dominant mövqeyindən sui-istifadə etməsindən şübhələnir.

 

Xüsusilə, Aİ-nin digər ölkələrinə geri ixracdan imtina etmək şərti ilə topdansatış alıcılarına endirimlərin verilməsi, transsərhəd ticarəti məhdudlaşdırmaq məqsədilə milli bazarlar üçün içki qablaşdırmasının fərqləndirilməsi, İspaniyaya idxalın məhdudlaşdırılması tədbirləri, eləcə də şirkətin eyni vaxtda bir neçə ölkə üçün satınalmalara dair danışıqlar aparmaqdan imtina etməsi məsələsi araşdırılacaq.

#məsələsi #transsərhəd #yeni #məhdudlaşdırılması
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər