Aktauda təyyarəmizin qəzaya uğradığı yerdə bu abidələrdən biri ucaldılacaq
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin düşdüyü ərazidə yeni abidə ucaldılacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə Teleqraf-a təyyarə qəzasında vafat edən Milli Qəhrəman Hökumə Əliyevanın qardaşı Coşqun Nəsibli bildirib.
"Bizə ölkəmizin Qazaxıstandakı Səfirliyindən ucaldılacaq abidə ilə bağlı üç nümunə təqdim edilib. Bunlardan biri ucaldılacaq. Abidə kompleksi təxminən hadisənin il dönümü ərəfəsində olacaq".
