00:00:00
Yazar
Admin User
16.01.2015 07:00 388 1 dəq oxuma
Siyasət

Almaniyada miqrant öldürülüb

Afrikalı gəncin öldürülməsinə qarşı 100 nəfərin iştirakı ilə Drezdendə etiraz aksiyası keçirilib.
Almaniyada miqrant öldürülüb

Drezdenin mərkəzində 20 yaşlı Eritreya qaçqınının cəsədi tapılıb. Onun sinə və boğaz nahiyəsindən  çoxsaylı bıçaq zərbələri aldığı bildirilir. Qətlin səbəbləri hələ ki məlum deyil. Hüquq-mühafizə orqanları hadisə  ilə bağl təhqiqat  aparır. Cinayət faktını araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

 

Qeyd edək ki, Drezden  son vaxtlar  islam və miqrantlar əleyhinə nümayişlərin mərkəzinə çevrilib. Dekabrın 12-də sağyönümlü  “Pegida” təşkilatının çağırışı ilə müsəlmanlara qarşı keçirilən etiraz yürüşündə 25 min nəfər iştirak edib. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər