00:00:00
Yazar
Admin User
10.07.2025 06:19 153 1 dəq oxuma
İdman

Amerikalı basketbolçuya 8 il həbs verilib

Amerikalı basketbolçuya 8 il həbs verilib

Vaxtilə Milli Basketbol Assosasiyasında (NBA) çıxış etmiş Ben Maklemor cinsi təcavüzə görə 8 il 4 ay müddətinə azadlıqdan məhrum olunub.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, məhkəmə basketbolçu barədə həbs qərarı çıxarıb.

 

Cinayət 2021-ci il oktyabrın 3-də şənlik zamanı törədilib. Zərərçəkmiş basketbolçunun onun spirtli içki qəbul etməsi səbəbindən köməksiz vəziyyətdə olmasından istifadə etdiyini bildirib.

 

Qeyd edək ki, B.Maklemor “Memfis”, “Hyuston”, “Los Anceles Leykers” və “Portlend”də forma geyinib. Amerikalı sabiq basketbolçu 2022-ci ildən NBA-da çıxış etmir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər