Ankara Baş Prokurorluğundan FETÖ əməliyyatı:
Ankara Baş Prokurorluğunun yaydığı məlumata görə, Terror Cinayətlərinin İstintaq Bürosu tərəfindən FETÖ-nun gizli dövlət strukturu çərçivəsində fəaliyyət göstərən bəzi şübhəlilərin istifadə etdiyi əməliyyat xətləri ilə bağlı araşdırma aparılıb.
İstintaq zamanı əməliyyat xətləri vasitəsilə yaradılmış rabitə şəbəkəsi üzərindən əlaqələr müəyyən edilib. Təşkilati ünsiyyət üsulu kimi taksofonlar və əvvəlcədən ödənişli xətlərdən istifadə edərək təşkilat üzvləri ilə ardıcıl əlaqə saxlayan, bəzilərinin isə təşkilati fəaliyyətlə bağlı ifadələri olan 20 şübhəli müəyyən edilib.
Müəyyən edilən 20 şübhəli barəsində həbs qərarı çıxarılıb. Onlardan 14-ü müxtəlif dövlət qurumlarındakı vəzifələrindən azad edilib, 5 nəfərin isə hazırda dövlət orqanlarında fəaliyyətini davam etdirdiyi bildirilib. Bundan əlavə, 1 mülki şəxsin də təşkilati fəaliyyətlə məşğul olduğu şübhə altındadır. Şübhəlilərin saxlanılması məqsədilə Ştat Polis İdarəsi tərəfindən əməliyyat tədbirləri həyata keçirilir. Terrorizmə qarşı Mübarizə Şöbəsinin qrupları mərkəzi Ankara olmaqla 8 vilayətdə eyni vaxtda əməliyyatlara başlayıb.
TRT XƏBƏR
Ləman Mahmudlu
