Antalyada 4,3 bal gücündə zəlzələ baş verib
Antalyanın Konyaaltı rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.
AFAD-ın saytında yer alan məlumata görə, saat 03:31-də episentri Konyaaltı rayonu olan 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 20,75 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
TRT XƏBƏR
Arzu Poladova
