Antalyada meşə yanğını başlayıb: Havadan və qurudan müdaxilə edilir
Türkiyənin Antalya vilayətinin Aksu rayonunda meşə yanğını baş verib.
Yanğın Aksu rayonunun Karaöz məhəlləsində hələlik müəyyən edilməyən səbəbdən başlayıb. Ərazidən yüksələn tüstünü görən şəxslərin məlumatı əsasında hadisə yerinə çoxsaylı yanğınsöndürən briqadalar cəlb olunub.
Yanğının söndürülməsi üçün 45 yanğınsöndürən maşın, 2 texnika və 275 əməkdaş qurudan fəaliyyət göstərir. Əməliyyata havadan 9 helikopter və 3 təyyarə də dəstək verir.
Alovların nəzarətə götürülməsi istiqamətində işlər intensiv şəkildə davam etdirilir.
CNN Türk
Güllər Gülhüseynova