00:00:00
Yazar
Admin User
12.03.2015 06:24 600 1 dəq oxuma
Hadisə

Atəşkəs 60 dəfə pozulub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 60 dəfə pozub.
Atəşkəs 60 dəfə pozulub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 60 dəfə pozub.

İnformator Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub. 

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çaylı, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Novruzlu, Kəngərli, Sarıcalı, Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb. 

Düşmən cavab atəşi ilə susdurulub.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər