00:00:00
Yazar
Admin User
19.05.2015 05:04 353 1 dəq oxuma
Sosial

Atəşkəs pozuldu: 69 dəfə

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 69 dəfə pozub.
Atəşkəs pozuldu: 69 dəfə

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 69 dəfə pozub.

İnformator müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Vazaşen, Paravakar, Berkaber kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Tərtər rayonunun Yarımca, Göyarx, Çiləbürt, Çaylı, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Kəngərli, Baş Qərvənd, Qiyaməddinli, Sarıcalı, Novruzlu, Cəvahirli, Füzuli rayonunun Alxanlı, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər