00:00:00
Yazar
Admin User
26.01.2015 13:51 563 1 dəq oxuma
Hadisə

Atəşkəsin pozulduğu Qaravəlli kəndindən reportaj

Düşmənin son vaxtlar cəbhə boyu ərazilərdə, o cümlədən Qaravəlilər istiqamətində fəallaşması da sakinləri narahat etmir.
Atəşkəsin pozulduğu Qaravəlli kəndindən reportaj

Düşmənin kəşfiyyat-təxribat qrupları ötən gün Gədəbəy istiqamətində də iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə atəşkəs rejimini pozub.

Gədəbəyin ucqar dağ kəndlərindən olan Qaravəlilər rayon mərkəzindən  57 km məsafədə yerləşir. Kəndə gələn asfalt örtüklü bu yol gediş-gəlişi rahatlaşdırır. Bir sözlə kəndlə rayon mərkəzi arasındakı məsafəni qət etməkdə heç bir problem yoxdur.

Düşmənin son vaxtlar cəbhə boyu ərazilərdə, o cümlədən Qaravəlilər istiqamətində fəallaşması da sakinləri narahat etmir. Əsasən heyvandarlıq və kartofçuluqla məşğul olan kəndlilər deyir ki, düşmən hər dəfə atəşkəsi pozduğu zaman ordumuz  tərəfindən layiqincə cavablarını alıb, susdurulur. Hər bir kəsin həyətində az-çox mal-qara var. Hazırda tövlə şəraitində heyvanlarını bəsləyən sakinlər yazda yenidən əkin səpinlərinə başlayacaqlar. Kənddə yeni tikinti quruculuq işləri də aparılır.

Müşahidlər zamanı məlum oldu ki, kəndin cavanları ardında vətənpərvərlik ruhu da çox yüksəkdir. Bir sözlə onlar Azərbaycan ordusuna arxayındılar.

TTV




#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər