00:00:00
Yazar
Admin User
22.11.2025 12:28 140 1 dəq oxuma
Hadisə

Avropa birinciliyindən möhtəşəm nəticə

Avropa birinciliyindən möhtəşəm nəticə

19-21 noyabr tarixlərində İsveçrənin Eql şəhərində taekvondo üzrə gənclər arasında Avropa birinciliyi keçirilib.

 

"İnformator.az" xəbər verir ki, yarış milli komandamızın parlaq çıxışı ilə yadda qalıb. Belə ki, taekvondoçularımız mötəbər yarışda ümumilikdə 5 medal (2 qızıl, 1 gümüş, 2 bürünc) əldə ediblər.

 

Milli komandamızın üzvləri İlyas Hətəmli (48 kq) və Elcan Əliyev (78 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıblar. Vasif Səlimov (68 kq) gümüş, Mehdi Budaqlı (45 kq) və Novruz Əliyev (51 kq) isə bürünc medallara sahib çıxıblar. 

 

Sevindirici haldır ki, Azərbaycanın oğlanlardan ibarət milli komandası ümumi hesabda birinci yerə çıxaraq kuboka layiq görülüb.


Çempion adını qazanmış milli komandamızın üzvü İlyas Hətəmli (48 kq) “Yarışın ən yaxşı idmançısı”, beynəlxalq dərəcəli referi Aygül Abdullayeva isə “Ən yaxşı qadın hakimi” seçilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər