Avropa Komissiyasından ABŞ-nin sanksiya qərarı ilə bağlı bəyanat
Avropa Komissiyası ABŞ-ın beş Avropa vətəndaşına, o cümlədən keçmiş komissar Tyerri Bretona səyahət məhdudiyyətləri tətbiq etmək qərarını qətiyyətlə pisləyib.
"İnformator.az"xəbər verir ki, Komissiyanın bu barədə bəyanatında ifadə azadlığının Avropada fundamental hüquq olduğu və Birləşmiş Ştatlar da daxil olmaqla demokratik dünya üzrə əsas ortaq dəyər olduğu vurğulanıb.
Bildirilib ki, AB açıq, qaydalara əsaslanan vahid bazardır və öz suveren hüququ əsasında iqtisadi fəaliyyəti demokratik dəyərlər və beynəlxalq öhdəliklər çərçivəsində tənzimləmək haqqına malikdir.
