00:00:00
Yazar
Admin User
01.06.2015 07:16 641 1 dəq oxuma
Sosial

Avropa oyunları Bakıdan Sumqayıta getmək istəyənlərin yolunu qısaltdı

Yeni qatarlar Bakıdan Sumqayıta 20 dəqiqəyə çatacaq.
Avropa oyunları Bakıdan Sumqayıta getmək istəyənlərin yolunu qısaltdı

Yeni qatarlar Bakıdan Sumqayıta 20 dəqiqəyə çatacaq.

Qatarların 2-si artıq Bakıdadır. 4 vaqondan ibarət olan ikimərtəbəli qatar 919 sərnişin tutumuna malikdir. Sərnişinlər wi-fi sistemi, kondisioner və digər vasitələrdən istifadə edə biləcəklər. Avropa Oyunları ərəfəsində qatarlar qonaqları, idmançıları sərnişinləri Bakı sərnişin stansiyasından Koroğlu metrostansiyasına qədər aparıb gətirəcək.

Oyunlardan sonra isə yeni qatarlar Bakı-Sumqayıt istiqamətində xəttə buraxılacaq. Gediş haqqı tarif şurasının qərarından sonra müəyyənləşəcək. Hazırda qatarların hərəkəti üçün təmir işləri gedir. Əsaslı təmiri nəzərdə tutulan 63 km yolun 46 km-i artıq bərpa olunub. Gələcəkdə bu qatarların Gəncə və Xaçmazda da istifadəsi planlaşdırılır. 2016-cı ildə isə daha 3 qatar gətiriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər