Avtobus maşını əzib
Adıyamanda şəhərlərarası sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb.
Kahta-Adıyaman avtomobil yolunun Habipler kəndi yaxınlığında sərnişin avtobusu Mahmut İncinin idarə etdiyi avtomobillə toqquşub.
Məlumatdan sonra hadisə yerinə çoxsaylı tibbi və jandarma qrupları göndərilib.
Toqquşma nəticəsində avtomobil əzilib, maşında olan Mahmut İzci, Zahide Esen və Ramazan İnci həyatını itirib, bir nəfər isə yaralanıb.
TRT XƏBƏR
Arzu Poladova
