Avtomobil elektrik dirəyinə çırpılaraq yanıb
"MERCEDES" markalı minik avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpılaraq yanğın hadisəsi baş verib.
Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpılaraq yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən İnformatora verilən məlumata görə, yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobildə olan sərnişin aldığı bədən xəsarətlərindən yanğınsöndürənlər tərəfindən Təcilli Tibbi yardım xidmətinə təhvil verilib.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
