Avtomobil hasara çırpılıb: sürücü vəfat edib
Kürdəmir şəhərində “VAZ” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.
Kürdəmir şəhərində “VAZ” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.
İnformator Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 08:24-də başa çatıb.
