Avtomobil yük maşınına çırpılıb, 4 nəfər ölüb
Kütahyanın Kütahya–Tavşanlı dairəvi yolunun Bölücek qovşağında ağır yol qəzası baş verib. Vəli Yücəlin idarə etdiyi minik avtomobili sellüloz yüklü, MY-nin idarə etdiyi yük maşınına arxadan çırpılıb.
Hadisə yerinə 112 Təcili Yardım Mərkəzi, yanğınsöndürmə və polis qrupları cəlb olunub. Qəzada sürücü Vəli Yücel, avtomobildə olan iki qadın və şəxsiyyəti hələlik müəyyənləşdirilməyən bir nəfər olmaqla ümumilikdə 4 nəfərin həyatını itirdiyi müəyyən edilib. Yanğınsöndürmə xidmətinin müdaxiləsi ilə avtomobildə sıxışan cəsədlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həlak olanların nəşi Kütahya Şəhər Xəstəxanasının morquna aparılıb.
İlkin ehtimallara görə, qəzanın qatı duman və yüksək sürət səbəbindən baş verdiyi bildirilir.
TRT XƏBƏR
Ləman Mahmudlu
