Avtomobillərə qənim kəsilən şəxslər saxlanılıb
Telefon oğrusunun üzərində heroin aşkar edilib.
Xəzər rayonunun Xaşaxuna bağlar sahəsində Qubadlı rayon sakini Niyaməddin Həşimova məxsus “VAZ-2106” markalı avtomobildən mobil telefon oğurlanıb.
İnformator Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Qəzənfərov tutulub, ondan 0,207 qram heroin götürülüb.
Daha bir oğurluq hadisəsi Nərimanov rayonunda baş verib. RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədəli Məmmədovun və Fərid Ağamirovun avtomobillərindən mobil telefon və ətir oğurlamış Bakı şəhər sakini Nihat Alıyev tutulub.
