Avtoservisdə 2 maşın, 3 motosiklet yanıb
Bakı şəhəri, Xətai rayonunda vətandaşa məxsus ümumi sahəsi 250 kv.m olan “DƏDƏMİN” avtoservisinin yanar konstruksiyaları, içərisində olan, təmirə dayanmış avtomobil və motosikletlər yanıb.
Bakı şəhəri, Xətai rayonunda vətandaşa məxsus ümumi sahəsi 250 kv.m olan “DƏDƏMİN” avtoservisinin yanar konstruksiyaları, içərisində olan, təmirə dayanmış avtomobil və motosikletlər yanıb.
Fövqəladə Hallar Nazirliyindən İnformatora verilən məlumata görə, sahibi məlim olmayan “NİSSAN” markalı minik avtomobilin yanar hissələri, “RANGE ROVER” markalı minik avtomobilinin arxa hissəsi qismən və bitişik avtomobil ehtiyatları mağazasının yanar hissələri həmçinin, mağazada olan 2 ədəd “SUZUKİ” markalı və 3 ədəd “HARLEY DAVİDSON” markalı motosikletləri yanıb.
Təmirə dayanmış “RANGE ROVER” markalı avtomobilinin qalan hissəsi, 6 ədəd minik avtomobili, mağazada olan 1 ədəd motosiklet və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
