Avtoxuliqanlıq edənlər həbs edilib
Bakı şəhər sakinləri Nicat Qələndərov və Araz Rəhimov avtoxuliqanlıq hərəkətləri etdiklərinə 20 gün müddətinə həbs edilib.
Bakı şəhər sakinləri Nicat Qələndərov və Araz Rəhimov avtoxuliqanlıq hərəkətləri etdiklərinə 20 gün müddətinə həbs edilib.
İnformator xəbər verir ki, Bakı şəhər sakinləri Nicat Qələndərov idarə etdiyi “VAZ-2101”, Araz Rəhimov idarə etdiyi “VAZ-21011” markalı avtomobillərlə avtoxuliqanlıq hərəkətləri etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Xəzər rayon məhkəməsi tərəfindən onlar İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə əsasən 20 gün müddətinə həbs edilib.
