00:00:00
Yazar
Admin User
15.04.2015 06:42 650 1 dəq oxuma
Hadisə

Ayaqqabısında narkotik vasitə keçirmək istəyən şəxs tutulub

Azərbaycan vətəndaşında 98,609 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Ayaqqabısında narkotik vasitə keçirmək istəyən şəxs tutulub

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Yalçın Dadaşov saxlanılıb.

Dövlət Gömrük Komitəsindən İnformator-a verilən məlumata görə, gömrük nəzarətindən keçən zaman Y.Dadaşovun ayağındakı ayaqqabının hər tayında gömrük nəzarətindən gizlədilmiş cəmi 26 ədəd büküm, şəxsi yoxlama zamanı isə üzərində 1 ədəd büküm olmaqla, ümumilikdə xalis çəkisi 98,609 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

 Faktla bağlı təhqiqat aparılır. 


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər