00:00:00
Yazar
Nərmin Həşimova
26.11.2026 17:00 220 2 dəq oxuma
Siyasət

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı: Regionda yeni bağlantılar və təhlükəsizlik imkanları

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı: Regionda yeni bağlantılar və təhlükəsizlik imkanları

Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq Cənubi Qafqazda enerji, nəqliyyat və logistika layihələrinin inkişafında mühüm rol oynayır. İki ölkə arasındakı əməkdaşlıq regionun tranzit imkanlarını genişləndirməklə yanaşı, regional sabitlik və iqtisadi inteqrasiyaya da təsir göstərir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı regionda yeni bağlantıların və iqtisadi imkanların yaranmasına, eləcə də regional sabitliyin qorunmasına xidmət edir:

 

“Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq hər iki ölkənin milli maraqlarına cavab verməklə yanaşı, Cənubi Qafqazın geostrateji əhəmiyyətini daha da artırır. Bu əməkdaşlıq enerji, nəqliyyat-logistika və digər bağlantı layihələrinin həyata keçirilməsinə, regionun yeni imkanlar əldə etməsinə şərait yaradır. Hər iki ölkə üçün əlverişli coğrafi mövqedən səmərəli istifadə etmək məhz strateji tərəfdaşlıq münasibətləri vasitəsilə mümkündür. Eyni zamanda, bu əlaqələr regional təhlükəsizlik və sabitliyin qorunması baxımından da əhəmiyyətlidir. Azərbaycan və Gürcüstan arasında yüksək səviyyəli siyasi dialoq müxtəlif müdaxilə cəhdlərinin qarşısının alınmasına və münasibətlərin konstruktiv istiqamətdə inkişafına kömək edir. Bu tərəfdaşlıq Şərqlə Qərbi birləşdirən inteqrasiya layihələrinin reallaşmasına, yeni bağlantıların qurulmasına da imkan verir. Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik kabel layihəsi, Qara dəniz və Türkiyə üzərindən yaşıl enerjinin nəqli, eləcə də Gürcüstanda Orta Dəhlizin potensialının artırılması istiqamətində həyata keçirilən infrastruktur layihələri bu əməkdaşlığın konkret nümunələridir. Bütün bunlar gələcəkdə beynəlxalq yükdaşımaların həcminin artmasına və Orta Dəhlizin strateji əhəmiyyətinin daha da güclənməsinə şərait yarada bilər”.


Güllüzar Nəbili

#gündəm #tərəfdaşlığı: #xəbər #regionda #bağlantılar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər