00:00:00
Yazar
Zəri Bayramlı
16.10.2026 16:18 34 1 dəq oxuma
Hadisə

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

Oktyabrın 16-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci səviyyəli özünü qiymətləndirmə təlimi çərçivəsində NATO-nun nümayəndə heyəti ilə görüşüb.

 

Müdafiə Nazirliyindən "İnformator.az"a verilən məlumata görə, general-polkovnik K.Vəliyev peşəkar hərbi kadrların hazırlanmasında Azərbaycan ilə NATO arasında münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini və bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.


​NATO-nun dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında böyük rola malik olduğu bildirilən görüşdə qarşılıqlı səfərlərin, müxtəlif formatlarda keçirilən görüşlərin, təlimlərin və kusrların vacibliyi diqqətə çatdırılıb.


​Tərəflər həmçinin NATO ilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

#azərbaycan #gündəm #yeni #rəisi #baş
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər