Azad Rəhimovun qəbulunda iştirak etmək istəyənlərin nəzərinə!
Gənclər və idman naziri Azad Rəhimov fevralın 25-də Qusar rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayon sakinləri iştirak edəcək.
Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Qusar şəh, Mirzə Vəliyev küçəsi, Qusar Olimpiya Kompleksinin yaxınlığı) başlanacaq.
Qəbul üçün vətəndaşların qeydiyyatı fevralın 20-dən 24-dək saat 09:00-dan 18:00-dək aparılacaq. Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
Quba - 050(055)-235-77-88
Qusar - 055-435-76-16
070-317-24-13
Siyəzən - 055-213-94-28
050-569-43-76
Şabran - 055-612-26-62
Xaçmaz - 050(070)-235-77-57
