00:00:00
Yazar
Admin User
28.03.2015 07:08 360 1 dəq oxuma
Sosial

Azərbaycan bu gecədən etibarən yay vaxtına keçəcək

Saat 04.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçiləcək.
Azərbaycan bu gecədən etibarən yay vaxtına keçəcək

Saat 04.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçiləcək.

İnformatorun verdiyi məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, 2015-ci ildə Azərbaycan ərazisində yay vaxtına keçid mart ayının son bazar günü, yəni martın 29-da saat 04.00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə həyata keçiriləcək.

Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü saat 04.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabrın son bazar günü isə saat 05.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir.

Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.


 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər