00:00:00
Yazar
Admin User
28.01.2026 16:50 89 2 dəq oxuma
Siyasət

Azərbaycan Ermənistanda keçiriləcək COP17-də iştirak edəcəkmi?

Azərbaycan Ermənistanda keçiriləcək COP17-də iştirak edəcəkmi?

"Ermənistan gələn il keçiriləcək BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırdır".

Bu barədə Ermənistanın ətraf mühit naziri Ambardzum Matevosyan ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Mövzu ilə bağlı siyasi şərhçi Azər Həsrət "İnformator.az"a açıqlamasında bildirib ki, onun şəxsi qənaətinə görə Azərbaycan bu dəvəti qəbul etməli və tədbirdə iştirak etməlidir:

 

"Hazırda biz elə bir mərhələyə gəlib çatmışıq ki, sülh sazişi paraflanıb. Bu ilin sonuna doğru həmin saziş imzalanacaq. Eyni zamanda kommunikasiyalar açılmağa başlayıb, münasibətlər normallaşır. Belə bir şəraitdə dəvəti qəbul etmək lazımdır. Dəvəti qəbul etmək və orada iştirak etmək Ermənistanla yaxınlaşmaya töhfə verə bilər ki, bu da hər iki xalqın xeyrinədir. Bu baxımdan iştirakdan imtina etməməliyik.

Bilirsiniz ki, Ermənistanla Azərbaycan arasında işğal dövründə ciddi ekoloji problemlər olub. Ermənistan təbiətə vəhşi münasibət bəsləyib. Öz ərazisindən keçən çaylar vasitəsilə Azərbaycan sularını zəhərləyib, ölkəmizə zərər yetirən fəaliyyətlər həyata keçirib. Düşünürəm ki, COP17-də iştirak bu məsələlərin birbaşa, vasitəçilərsiz müzakirəsi üçün əlavə imkanlar yarada bilər. Əlbəttə, bu imkanlar indi də mövcuddur, lakin həmin platformadan istifadə edərək bunu reallaşdırmaq əlavə töhfə verə bilər.

Azərbaycanın iştirakı erməni ictimai rəyinə də müsbət təsir göstərəcək. Bilirsiniz ki, hələ də erməni ictimai rəyində Azərbaycana qarşı düşmən münasibətlərdən imtina etmək istəməyənlər var. Onların arqumenti budur ki, azərbaycanlılar hələ də onları düşmən kimi görür və normal münasibətlərin tərəfdarı deyillər. Amma COP17-də Azərbaycan iştirak etsə, bu, erməni ictimai rəyinə müsbət təsir göstərəcək və bizə qarşı düşmən münasibətinin səngiməsinə töhfə verəcək. Demirəm ki, hər şey tam həll olunacaq, lakin bu addım çox faydalı olacaq".

 

Selcan Xudiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər