00:00:00
Yazar
Admin User
14.06.2025 14:43 258 1 dəq oxuma
Hadisə

Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb

Azərbaycan HDQ-nin gəmiləri "Xəzri-2025" birgə taktiki təlimi üçün yola düşüb

"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.

 

Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçiriləcək "Xəzri-2025" birgə taktiki təlimi üçün Azərbaycan HDQ-nin gəmiləri və şəxsi heyəti Bakıdan yola düşüb.

 

Qeyd edək ki, Xəzər dənizinin Qazaxıstan Respublikasına məxsus ərazi sektorunda keçiriləcək birgə taktiki təlimin məqsədi Azərbaycan və Qazaxıstan hərbi dənizçilərinin peşəkarlıqlarının daha da artırılması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər