“Azərbaycan iqtisadiyyatının müsbəti-dayanıqlığı, stabilliyidir”
Birləşmiş Millətlər Təşkilatı (BMT) vasitəsilə yayımlanan iqtisadi proqnoza əsasən, 2026–2027-ci illərdə Azərbaycanda inflyasiyanın artım tempi tədricən azalacaq. Təşkilatın qiymətləndirməsinə görə, makroiqtisadi sabitliyin möhkəmlənməsi, fiskal intizam və daxili bazarda qiymət təzyiqlərinin zəifləməsi bu prosesə müsbət təsir göstərəcək.
Mövzu ilə bağlı Milli Məclisin 4 çağırış deputatı, iqtisad elmler doktoru Rüfət Quliyev “İnformator.az”a açıqlamasın da bildirib ki, bir mənalı qeyd etmək istəyirəm ki, istər inflyasiya, istər işsizlik bu, bazar iqtisadiyyatının bütün ölkələrdə ən iki böyük bəlasıdır:
“Bu, qaçılmazdır. Birindən qaçmaq istəyirsənsə, o birisinə daha çox düşürsən, o birisindən qaçmaq istəyirsənsə, bu birisinə daha çox düşürsən. Bu, qaçılmazdır. Azərbaycanın iqtisadiyyatı daha çox müstəqil, praqmatik, dəyərli, realist və öz dəstəyi ilə aparılan kontrollarla və ya digər yollarla inkişaf edir. Və buna görə də bir nömrəli Azərbaycan iqtisadiyyatının müsbəti-dayanıqlığı, stabilliyidir. Bu stabillik və istənilən formada, az da olsa, reallıqda iqtisadi artım və neft-qaz gəlirlərinin düzgün istiqamətdə xərclənməsi bu ona gətirib çıxardır ki, Azərbaycanda maliyyə sabitliyi də təmin olunur. Bəli, biz dünyada gedən heç bir prosesdən qaça bilmərik. Sadəcə olaraq, dövlətin xarici iqtisadi siyasəti bir mənalı çalışır bunu minimallaşdırmaq-neqativ təsirlərdən söhbət gedir. Bu da alınır. Dörd bir tərəfə baxsaq, görəcəyik ki, bizim dörd bir tərəfimizdə iqtisadi böhran, tənəzzül, problem, inflyasiya, işsizlik problemləri var. İstər qardaş Türkiyə olsun. Bunu cilovlamaq alınmır açıq desək Türkiyədə. İran ondan da böyük problemlərin içindədir. Və bunların hamısı onun fəsadlarını görür, yəni, bu, İranda gedən proseslər sanksiyaların nəticəsində və İran hakimiyyətinin gələn gəlirlərinin düzgün formada istifadə olunmasında və yaxud da tam səmimi olsaq, xarici strukturlara HƏMAS və başqa terrorçu qruplara yönələn vəsaitlərin nəticəsindədir. Məsələn, Livanda son bir ilin içində İran bir milyard dollardan yuxarı vəsait yönəldib. Təbii ki, bu bir ölkəyə gedən xərclərdir. Bunu da qeyd eləmək lazımdır ki, əgər bu vəsaiti İran daxili problemlərə yönəltsəydi, təbii ki, belə formada iğtişaşlar, problemlər alınmazdı”.
Həmçinin şərhçi qeyd edib ki, Rusiyada da iqtisadi böhran, yenə də tənəzzül, problemlər var:
“Gürcüstanda nisbətən iqtisadi cəhdlər, devalvasiya və inflyasiya kifayət qədər mövcuddur. Ermənistan, hamımız bunu yaxşı bilirik ki, son dörd ildə Rusiya ilə Qərbin müharibəsi nəticəsində sanksiyaya düşən malların ixracı, idxalı ilə məşğul olması bunun mədaxilini, mövcudluğunu üç dəfə artırmağa gətirib çıxardıb. Bu 3-4 il, 1-2 il də ola bilər, amma bu, çox da davam edə bilməyəcək. Ona görə də bu alışan, yanan, problem içində olan okeanın içində Azərbaycanın müstəqil, dayanıqlı, stabil iqtisadiyyatı təbii ki, daha müsbətdir. Və buna görə də beynəlxalq maliyyə qurumları, o cümlədən nəhəng BMT hərçənd ki, mən o BMT-ni həmişə tənqid edirəm və onun gündəlik sənədlərinə heç kim razılaşmır. Baxın, biz çalışırıq ki, dünyanın ümumi maliyyə problemləri yaşadığı zamanda o problemlərdən maksimum uzaq qaçaq və həm də maliyyə sabitliyimizi saxlayaq. Bu çox vacibdir. Və ümumiyyətlə, mənim bütün çıxışlarımda, analitik materiallarımda dünya maliyyə sisteminin daha da böyük böhrana düşməsi proqnozlaşdırılır. Ona görə də qızıl, gümüş, platin qiymətləri artır, Amerika dollarına inam itir. Amma bu, demək deyil ki, qarşımızdakı 3 ildə, 5 ildə Amerika iqtisadiyyatı çökəcək və yaxud da Amerika dollarına tam inam itəcək. Təbii ki, belə qısa müddətdə bu proses baş verə bilməz. Amma bu nöqteyi-nəzərdən baxanda, Azərbaycan daha əlverişli mövqedədir. Və bu, təbii ki, Azərbaycanın xarici və daxili iqtisadi siyasətinin səmərəsi və nəticələri əsasında baş verir”.
Aytac İbrahimova
